Model müsəlmanları təhqir etdiyinə görə müsabiqədən qovuldu - FOTO

Model müsəlmanları təhqir etdiyinə görə müsabiqədən qovuldu - FOTO
10:52 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Miss Puerto-Riko" Destini Velez Miss Amerika gözəllik müsabiqəsindən qovulub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model tvitter hesabından paylaşdığı rəyinə görə qovulub. Velez "hamımız müsəlmanıq" yazan amerikalı rejissor Maykl Mura şərh olaraq "Müsəlmanların Allahı ilə xristian və yəhudilərin Allahı eyni deyil. Müsəlmanlar yəhudilər və xristianlarla bir tutula bilməzlər. Nə xristianların, nə də yəhudilərin müqəddəs kitabında terror var", - yazıb.

Onun bu rəyi qalmaqala səbəb olub. Model üzr istəmək məcburiyyətində qalıb və rəyi silib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR