Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qızıl payız” gənclərin yaradıcılıq festivalına Ağcabədidə yekun vurulub

“Qızıl payız” gənclərin yaradıcılıq festivalına Ağcabədidə yekun vurulub

Date: 22 December 2015 10:53


Ağcabədi, 22 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Qızıl payız” gənclərin yaradıcılıq festivalına Ağcabədi rayonunda yekun vurulub.
AZƏRTAC xəbər verir ki, festivalda yüzlərlə istedadlı gənc, o cümlədən Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin, uşaq musiqi məktəbinin, Qarabağ Muğam Mərkəzinin, həmçinin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin şagirdləri, təhsil və mədəniyyət işçiləri iştirak edib.
Qarabağ Muğam Mərkəzində keçirilən tədbirdə çıxış edən Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, festivalın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.
Festival iştirakçılarının hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirildikdən sonra səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Gənclər yaradıcılığın müxtəlif sahələrində - teatr, rəssamlıq, musiqi, kino, ədəbiyyat, moda və sair üzrə bacarıqlarını nümayiş etdiriblər.
Sonda festivalda iştirak edən gənclərə diplomlar təqdim olunub.
Qeyd edək ki, “Qızıl payız” gənclərin yaradıcılıq festivalı Ağcabədidən əvvəl Gəncə və Mingəçevir şəhərlərində keçirilib. Gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi nəzərdə tutulur.




Tags:  Qızıl payız gənclərin yaradıcılıq festivalına Ağcabədidə yekun vurulub


RƏYLƏR


Top news