Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Roman Qriqorçuk: "Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəyəm"

Roman Qriqorçuk: "Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəyəm"

Date: 22 December 2015 10:57

Bakı. 22 dekabr. REPORT.AZ/ "Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk klubla müqaviləsini 2017-ci ilədək uzatmasına dair fikirlərini bölüşüb. "Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis "Futbol 2" telekanalına açıqlamasında hazırkı rəhbərliklə çalışmaqdan məmnun olduğunu bildirib. 
O, həmin insanları məyus etməmək üçün hər şeyi edəcəyini vurğulayıb: "Rəhbərliyin istəyini yerinə yetirməkdən ötrü bütün gücümü və ürəyimi qoyacağam. Məqsədimiz bir il ərzində sıçrayıb atəş açan yox, daim ən yüksək səviyyədə çıxış etməyə qadir komanda yaratmaqdır".
Qeyd edək ki, bu mövsüm Roman Qriqorçuk "Qəbələ"yə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 2015-ci ilin ən yaxşı baş məşqçisi seçilib. 

Tags:  Roman Qriqorçuk Rəhbərliyi məyus etməmək hər şeyi edəcəyəm


RƏYLƏR


Top news