Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Görkəmli kinorejissor Həsən Seyidbəylinin 95 illiyi qeyd olunacaq

Görkəmli kinorejissor Həsən Seyidbəylinin 95 illiyi qeyd olunacaq

Date: 22 December 2015 10:58


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 25-də Dövlət Film Fondunda Xalq Artisti, görkəmli kinorejissor Həsən Seyidbəylinin 95 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Dövlət Filim Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə kinorejissorun çoxşaxəli yaradıcılığından, onun çəkdiyi filmlərdən söz açılacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublıkası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, H. Seyidbəylinin ssenarisi əsasında ekranlaşdırılmış “Nəsimi”, “Sən niyə susursan?”, “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “Telefonçu qız” filmləri qısa müddətdə müəllifinə böyük şöhrəti qazandırıb.
Kinorejissorun “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə dəfələrlə səhnəyə qoyulub. Həmçinin, bir neçə kitabın müəllifi olan kinorejissorun çəkdiyi filmlər keçmiş Sovet İttifaqında keçirilmiş kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.



Tags:  Görkəmli kinorejissor Həsən Seyidbəylinin 95 illiyi qeyd olunacaq


RƏYLƏR


Top news