Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan 12 məhbusu İrana təhvil verdi

Date: 22 December 2015 11:03

Bakı. Samir Məmmədov - Trend:

Ədliyyə Nazirliyi 2015-ci il ərzində Azərbaycanda cinayət törətdiyi üçün həbs edilən İran vətəndaşlarının öz ölkələrinə təhvil verilməsi barədə məlumat acıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan ərazisində cinayət törətdiyi üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilən 12 İran vətəndaşı ölkələrinə təhvil verilib.

Beynəlxalq qanunvericiliyə uyğun olaraq, həmin şəxslər cəzalarının qalan hissəsini İranda çəkəcəklər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan 12 məhbusu İrana təhvil verdi

RƏYLƏR


Top news