XİN ABŞ Dövlət Departamentinin mövqeyini dəstəklədi

XİN ABŞ Dövlət Departamentinin mövqeyini dəstəklədi
11:17 22 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirlərindən danışarkən biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması arasında təmasların yaradılmasının zəruriliyini bildirmişik.

Bunu Dailykarabakh saytına açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barəsində bəyanatını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev hesab edir ki, bu kimi təmaslar gələcək birgə yaşayışın təmin edilməsi baxımından mühüm zəmin yaratmaq və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə vermək imkanına malikdir. 

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının müvəqqəti işğalına son qoyulduqdan sonra əvvəllər olduğu kimi, bu iki icma Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yenidən birgə yaşayacaqdır: 

"Əvvəllər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa xidmət edən bir neçə layihələr olsa da, Ermənistan tərəfi bu təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələrini nəzərə alaraq, onun qarşısını almağa yönəlmiş destruktiv siyasət yürütməyə başladı. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə maneə olmağa çalışır. Bununla əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini, ilhaqçı siyasət yürütdüyünü və hər vəchlə münaqişənin həllinə maneə olduğunu bir daha təsdiq edir".

H.Hacıyev bildirib ki, münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasları təşviq etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR