Kamran Nəzirlinin yeni romanı çapdan çıxıb

Kamran Nəzirlinin yeni romanı çapdan çıxıb
11:18 22 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“Mütərcim” nəşriyyatı yazıçı Kamran Nəzirlinin yeni kitabını - "Dördüncü möhür” romanını çap edib. Bu, qısa hekayələr müəllifi kimi tanınan müəllifin ilk iri həcmli əsəridir.
AZƏRTAC xəbər verir ki, roman 33 fəsil, 464 səhifədən ibarətdir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib. Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür...
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kamran_Nezirlinin_yeni_romani_chapdan_chixib-913182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR