73 yaşlı avtobus sürücüsünün oğlu oldu - FOTO

73 yaşlı avtobus sürücüsünün oğlu oldu - FOTO
11:32 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İngiltərənin şərqindəki Linkolnşir bölgəsində, Ermin Uest  şəhərində yaşayan 73 yaşlı Con Uillou çox sevinir.
Niyə də yox?! 73 yaşlı avtobus sürücüsünün daha bir oğlu dünyaya gəlib. Özü də Milad bayramına çox az qaldığı vaxtda.
Milli.Az Lincolnshire Echo-ya istinadən bildirir ki, 73 yaşlı Con Uillou özündən 43 yaş kiçik, 30 yaşlı Polli Cekson Dzakheylə evlidir.
Yeni doğulan oğlana İsa Məsihin şərəfinə Cezus Nevin Devid adı verilib.
Devidin 4 yaşlı Ester adlı bacısı və 7 yaşlı Mettyu adlı qardaşı var.
"Aramızda yaş fərqi çox böyükdür, amma bu, yaşamımıza hansısa problem yaratmır. Bəxtəvər ailəyik", - Con Uillou söyləyib.
Conun dediyinə görə, Polli ilə tanış olanda xanımının oğlu Mettyunun 2 yaşı vardı: "Pollini ilk dəfə 10 il əvvəl, Lafborodan Linkolna köçəndə görmüşdüm. Tanışlığımız 5 il çəkdi, sonra birgə yaşamağa qərar verdik. Qərarımız ailə üzvlərimizi, qohumlarımızı, tanışlarımızı heyrətləndirsə də, kimsəyə fikir vermədik. Evləndik və buna indiyədək bir an da peşman olmamışıq".
Lakin adi, "normal" ailələrdən fərqli olaraq, Con və Polli birlikdə yaşamırlar. 
Conla Pollinin evləri küçənin əks tərəflərində, üzbəüzdür. Bunun səbəbini açıqlayan Conun dediyinə görə, qərarları avtobus sürücüsü işləməsi, iş rejiminin ağır olması ilə bağlıdır.
"Conu çox sevirəm. O da Mettyunu digər övladlarımızdan ayırmır. Ester və Mettyu kiçik qardaşlarının, Devidin doğulmasına sevinirlər",  - Polli söyləyib.
Pollinin sözlərinə görə, rəsmi nikaha tələsmirlər. Qeyri-rəsmi nikahda olmalarına, küçənin əks tərəflərindəki evlərdə yaşamalarına rəğmən Polli və Con xoşbəxt olduqlarını söyləyirlər.
 

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR