Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi?

Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi?
11:33 22 Dekabr 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

“SOCAR Petroleum” şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Bunu Trend-ə açıqlamasında şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: “Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk”.

Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala “Azpetrol”dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu Trend-ə bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: “Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib”.

Qeyd edək ki, dekabrın 21-dən Azərbaycanda dollar və avro təqribən 50 faiz bahalaşıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR