Dövlət Statistika Komitəsində beynəlxalq ekspertlərlə müzakirələr aparılır

Dövlət Statistika Komitəsində beynəlxalq ekspertlərlə müzakirələr aparılır
11:38 22 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dövlət Statistika Komitəsində (DSK) beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılır.
DSK-dan AZƏRTAC-a bildirilib ki, Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə beynəlxalq ekspertlər dekabrın əvvəlindən ölkəmizdə səfərdədirlər. Beynəlxalq ekspertlər - layihələr üzrə idarəetmə direktoru və aparıcı məsləhətçi Sanjay Suda və Varşava Lazarski Universitetinin professoru Jozef Olenski statistika sahəsində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin təkmilləşdirilməsi, statistik məlumatların yeni alət və üsullarla işlənməsi və təhlili, statistika sahəsində həyata keçirilən islahatlar çərçivəsində statistika sisteminin təşkilati strukturuna yenidən baxılması istiqamətində Dövlət Statistika Komitəsinin nümayəndələri ilə müzakirələr aparırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Statistika_Komitesinde_beynelxalq_ekspertlerle_muzakireler_aparilir-913193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR