Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın səfiri Türkmənistan Xarici İşlər Nazirliyində görüş keçirib

Azərbaycanın səfiri Türkmənistan Xarici İşlər Nazirliyində görüş keçirib

Date: 22 December 2015 11:42

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkmənistan Xarici İşlər Nazirliyində Azərbaycanın bu ölkədəki səfiri Vəhdət Sultanzadə ilə görüş keçirilib.
"Report" nazirliyin saytına istinadən xəbər verir ki, görüş səfirin diplomatik missiyasının başa çatması ilə əlaqədar olub.
Görüş zamanı tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin oynadığı mühüm rolu qeyd edib. Eləcə də iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın və işgüzar dairələr arasında qarşılıqlı əlaqənin böyük perspektivləri vurğulanıb.
Mədəni irsin ümumi xüsusiyyətlərindən danışan tərəflər mədəni-humnaitar sahədə əldə olunan nailiyyətləri müzakirə edib.

Tags:  Azərbaycanın səfiri Türkmənistan Xarici İşlər Nazirliyində görüş keçirib

RƏYLƏR


Top news