Azərbaycanda qiymət artımının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib

11:43 22 Dekabr 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarə olunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR