"Dilmanc Translator" proqramının yeni versiyası istifadəyə verilib

11:43 22 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Mobil qurğular üçün "Dilmanc Translator" proqramının yeni versiyası istifadəyə verilib.
“Dilmanc” layihə qrupundan AZƏRTAC-a bildirilib ki, daha rahat interfeysə malik yeni versiyada klaviaturaya Azərbaycan hərflərindən ibarət sətir əlavə edilib. Tərcümə nəticəsini paylaşmaq, eləcə də digər proqramların daxilində mətni seçib "Paylaşmaq" düyməsinə sıxaraq "Dilmanc"da tərcümə etmək imkanları işə salınıb.
Bununla yanaşı, Azərbaycan və türk dillərində nitqin tanınması proqramının keyfiyyəti artırılıb.
Qeyd edək ki, bu proqram "Google Play" və "App Store"dan mobil qurğuya ödənişsiz olaraq yüklənilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotDilmanc_Translator_quot_proqraminin_yeni_versiyasi_istifadeye_verilib-913201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR