Ölkəyə narkotik vasitənin gətirilməsi cəhdinin qarşısı alınıb

Ölkəyə narkotik vasitənin gətirilməsi cəhdinin qarşısı alınıb
11:43 22 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkeye_narkotik_vasitenin_getirilmesi_cehdinin_qarsisi_alinib-913196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR