"Azərbaycan ABŞ ilə sıx müttəfiqdir və bu tərəfdaşlıq davam edəcək" - deputat

"Azərbaycan ABŞ ilə sıx müttəfiqdir və bu tərəfdaşlıq davam edəcək" - deputat
11:44 22 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Tramp Yaponiyanı "böyük müttəfiq" adlandırdı (12 Fevral 2017 12:13)
Tramp Yaponiyanı "böyük müttəfiq" adlandırdı (12 Fevral 2017 11:57)
ABŞ-ın “böyük müttəfiqi” kimdir? - Tramp açıqladı (12 Fevral 2017 10:23)

 

“Anti-Azərbaycan və ermənipərəst təşəbbüsləri ilə dəfələrlə ad çıxarmış konqresmenin bu addımı...”

 

ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit dekabrın 17-də qanunverici orqana “Azərbaycan demokratiya aktı 2015” adlı layihə təqdim edib. Layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə yenidən baxması, insan haqları sahəsində vəziyyətlə bağlı Azərbaycanın rəsmi şəxslərinə viza sanksiyalarının tətbiqi və digər müddəalar yer alıb. Açıq şəkildə anti-Azərbaycan xarakteri daşıyan layihə rəsmi Bakı tərəfindən kəskin etirazla qarşılanıb. O cümlədən də məsələ dekabrın 18-də Milli Məclisdə müzakirə olunub. Amerikalı konqresmenin belə bir layihə ilə və məhz indi çıxış etməsi məsələsinə aydınlıq gətirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, indiyədək anti-Azərbaycan və ermənipərəst təşəbbüsləri ilə dəfələrlə ad çıxarmış konqresmenin bu addımı, əslində, təəccüb doğurmur.

 

Millət vəkili ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəflərinə nəzər salaraq qeyd edib ki, Birləşmiş Ştatların 1991-ci ilin dekabrın sonlarında Azərbaycanın müstəqilliyini tanımasından sonra - yeri gəlmişkən, bu günlərdə həmin hadisənin 24-cü ildönümü tamam olacaq - iki ölkənin münasibətləri böyük inkişaf yolu keçib: “Bu gün Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə strateji tərəfdaşlıq mövcuddur. Vaşinqton Azərbaycanın suverenliyini, Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasını ilk gündən dəstəkləyib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması, 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı həlledici qərarın verilməsi, sonrakı illərdə bu neft kəmərinin, qaz layihələrinin reallaşmasında ABŞ-ın dəstəyi böyük rol oynayıb. Bu gün də Azərbaycan-ABŞ tərəfdaşlığının əsas istiqamətlərindən birini energetika sahəsi təşkil edir. 2001-ci ilin 11 sentyabrında ABŞ beynəlxalq terrorizmin hücumuna məruz qalanda ona dəstəyini ilk ifadə edənlərdən biri də Azərbaycan oldu. Ötən müddətdə beynəlxalq antiterror kampaniyasında ölkəmiz Amerikanın fəal müttəfiqi olub, Azərbaycan hərbçiləri Əfqanıstanda, İraqda sülhyaratma əməliyyatlarında iştirak ediblər. ABŞ rəhbərliyi, eləcə də konqresmen və senatorlar Azərbaycan prezidenti ilə görüşlərdə, digər səviyyələrdə ölkəmizin bu dəstəyinə görə minnətdarlığı hər zaman ifadə edirlər".

 

R.Rzayev qeyd edib ki, beynəlxalq terrorizmlə mübarizə, enerji təhlükəsizliyi kimi qlobal məsələlərdə Azərbaycan ABŞ ilə sıx müttəfiqdir və bu tərəfdaşlıq davam edəcək: "Təbii ki, zaman-zaman münasibətlərdə fərqli notlar da ortaya çıxır, amma bu, münasibətlərin strateji mahiyyətini aradan qaldırmır. Məsələn, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli şəkildə nizamlanmasında ABŞ-dan daha təsirli rol gözləyirik, bu məsələdə ikili standartlarla yanaşmanın əleyhinəyik. Eləcə də siyasi münasibətlərdə, insan haqları məsələlərində amerikalı siyasətçilər tərəfindən nümayiş olunan qeyri-obyektivliyin, ikili standartların əleyhinəyik. Təəssüf ki, bu məsələlərdə su bulandıranlar, münasibətlərə kölgə salanlar az deyil. Onlardan biri də Kristofer Smitdir. O, 1981-ci ildən Nyu-Cersi ştatından, Amerika ermənilərinin sıx yaşadığı bir bölgədən konqresmendir və diqqət yetirsək görərik ki, fəaliyyətinin böyük bir dövrü, 20 ildən çoxdur ki, ermənipərəst və anti-Azərbaycan istiqaməti ilə seçilib. Gəlin, tarixə baxaq.

 

1992-ci ilin oktyabrında ABŞ Konqresində keçmiş sovet respublikalarında yardımla bağlı “Azadlığa Dəstək Aktı” adlı sənəd qəbul olundu. Və həmin sənədə erməni lobbisinin təşəbbüsü ilə Azərbaycana humanitar yardımı qadağan edən 907 saylı düzəliş əlavə olundu. Bu təşəbbüsün əsas müəlliflərindən biri Kristofer Smit idi. Həmin düzəliş üçün səbəb, daha doğrusu, bəhanə isə o idi ki, Azərbaycan guya Ermənistanı blokadaya alıb. Təsəvvür edin, bu, Ermənistanın Xocalıda soyqırımı törətdiyi, Şuşanı, Laçını işğal etdiyi, Azərbaycana qarşı təcavüzün və etnik təmizləmənin genişləndiyi 1992-ci ildə baş verib. Həmin düzəliş 20 ilə yaxın Amerikanın Azərbaycana dövlət səviyyəsində yardımını yasaqladı.Yeri gəlmişkən, K.Smitin hazırladığı yeni layihədə Azərbaycana qarşı 907-ci qadağanın yenidən tətbiqinə çağırış da yer alıb. 907-ci qadağa 2002-ci ildə məhz ABŞ prezidentinin təşəbbüsü ilə dayandırılıb. Bu o vaxt idi ki, ABŞ Əfqanıstanda antiterror kampaniyasına başlamışdı və Azərbaycanın hava məkanından istifadə, logistik dəstək Amerika üçün həyati vacib məsələ idi. Odur ki, o vaxt prezident Corc Buş Azərbaycanla əməkdaşlığa zəmin yaratmaq üçün belə bir addım atdı. Yəni bu qadağanın qalxmasında onlar maraqlı idi. Həmin dövrdə 907-ci qadağanın bizim üçün humanitar mahiyyəti də artıq yox idi. Azərbaycan 90-cı illərdə qaçqın və köçkünlərlə bağlı ən ağır dövrdə ABŞ-ın yardımı olmadan keçindi, 2002-ci ildən sonra belə yardıma möhtac da deyildik. Bu gün isə Azərbaycan özü müxtəlif ölkələrə humanitar yardım göstərir, kredit verir. Ermənistan isə K.Smit kimilərin səyləri bu illərdə ABŞ-dan gələn yardıma göz dikib, bu gün də ona möhtacdır. Bizim üçün bu məsələnin yalnız siyasi tərəfi var. Bu da ondan ibarətdir ki, ABŞ Konqresində bir çox hallarda qərarlar lobbilərin istəyi ilə qəbul olunur və gerçəkliyi, ədaləti deyil, məhz lobbi maraqlarını əks etdirir”.

 

K.Smitin layihəsinin qəbul olunmasının nə dərəcədə mümkünlüyünə də münasibət bildirən millət vəkili K.Smitin 20 ildən artıq bir zamanda Nümayəndələr Palatasında ermənipərəst təşəbbüsləri ilə gündəmdə olduğunu qeyd edib: "Bu adam dəfələrlə qondarma “erməni soyqırımı”nın tanınması, Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə yardımların artırılması barədə layihələrlə çıxış edib. Təkcə bu il “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı 4-5 dəfə Konqresdə çıxış edib. Eləcə də Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qaralama kampaniyasında aktiv iştirak edib. Sözügedən layihə təşəbbüsünü də hələ onda dilə gətirmişdi. Təbii ki, bu təşəbbüs hər nə qədər insan haqları ilə pərdələnsə də, gerçək niyyəti aydındır. Bu gün Azərbaycan Prezident İlham Əliyev milli maraqlarımıza cavab verən, beynəlxalq münasibətlərdə yalnız bərabərhüquqlu, qarşılıqlı səmərəli tərəfdaşlığa əsaslanan siyasət yeridir. İki il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq bir missiyasını uğurla yerinə yetirtdi. Azərbaycan dünyadakı qlobal iqtisadi böhrana rəğmən inkişaf edir, o cümlədən hərbi-sənaye gücünü artırır. Bütün bunlar, təbii ki, Ermənistanı, erməni diasporunu narahat edir. Odur ki, lobbi imkanlarını işə salır, özünü “erməni xalqının böyük dostu” elan edən belə konqresmenləri hərəkətə gətirirlər. Sözsüz ki, burada gələn il Amerikada Konqresə keçiriləcək növbəti seçkilərin də mühüm təsiri var. İnsan haqları isə belə məsələlərdə həmişəki kimi siyasi pərdədir. Əgər K.Smit həqiqətən demokratiya, insan haqları təəssübkeşi olsaydı, son illər Ermənistanda baş verən siyasi qətllərə, seçki sonrası dinc aksiyaların gülləbaran edilməsinə bir dəfə münasibət bildirərdi. Sadəcə, bir faktı yada salım. 2008-ci ilin martında Ermənistanda prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edənlərə qarşı Yerevanın küçələrinə ordu çıxarıldı, 10 nəfərədək insan öldürüldü. Bundan sonra, apreldə ABŞ Konqresinin Helsinki Komissiyasında Ermənistanla bağlı dinləmələr keçirildi. Və o vaxt komissiyanın üzvü olan K.Smit çıxışında Ermənistandakı hadisələri üzüntü ilə izlədiyini bildirərək, S.Sarkisyanın törətdiyi qırğının üzərindən sakitcə keçərək demişdi: “Qonşu Azərbaycan hərbi qüdrətini gücləndirdiyi bir vaxtda ABŞ Ermənistanda demokratiyanı dəstəkləməlidir”. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Onu da qeyd etmək yerinə düşər ki, ABŞ Konqresində Helsinki Komissiyası 1975-ci ildə ATƏT-in Helsinki Yekun Aktı qəbul olunandan sonra yaranıb. Fəaliyyəti də ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqini aparmaqdır. Digər ölkələri kənara qoyaq. Ermənistanla bağlı sonuncu dinləmə 2012-ci ildə olub. Azərbaycanla bağlı müzakirələr isə hər il bir neçə dəfə aparılır. Əgər Helsinki Komissiyasının dərdi ATƏT öhdəliklərinə riayət, insan haqlarıdırsa, bu qurumda bir dəfə də Azərbaycanın ərazisinin 20 ildən çoxdur Ermənistanın işğalı altında qalması məsələsi gündəmə gəlsin. Yaxud yurd-yuvasından didərgin salınmış 1 milyondan çox azərbaycanlı qaçqın və köçkünün illərdir pozulan hüquqlarından söz açılsın. Ərazi bütövlüyünün toxunulmazlığı, güc tətbiqi və etnik təmizləmənin yolverilməzliyi Helsinki Yekun Aktının başlıca prinsiplərindəndir. K.Smitin bu üzdəniraq layihəsinin perspektivinə gəlincə, hesab edirəm ki, ABŞ Konqresində ölkəsinin strateji maraqlarını lobbiçilik mənafelərindən üstün tutanların sayından çoxdur. Yəqin ki, K.Smit də bunu başa düşür və layihəsinə Konqresdən kənarda tərəfdaş axtarır. Smit Azərbaycanda insan haqları ilə bağlı məsələdə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla əlbir işləmək istədiyini dilə gətirmişdi. Əgər Avropa Şurasının baş katibi ilə konqresmen K.Smit üçün insan haqları məsələsi həqiqətən prioritetdirsə, təklif edərdim ilk olaraq elə Avropa İnsan Haqları Məhkəməsinin bir neçə il əvvəl qəbul etdiyi “Çıraqovlar Ermənistana qarşı” qərarından başlasınlar və doğma yurdundan didərgin salınmış bu insanların hüquqları barədə düşünsünlər. Konqresə gəldikdə isə, hesab edirəm ki, orada ABŞ-Azərbaycan münasibətlərinin önəmini dərindən dərk edən, ölkəmizə dost münasibət bəsləyənlər kifayət qədərdir. Yeri gəlmişkən, onlardan biri Helsinki Komissiyasının həmsədri, senator Rocer Uikerdir. Onun Azərbaycanla bağlı sözlərinə diqqət yetirək. O qeyd etmişdi ki, “ABŞ-ın Xəzər regionunda Azərbaycan kimi sabit müttəfiq tapmaqda bəxti gətirib. Azərbaycan əməkdaşlıqda hər zaman etibarlılıq nümayiş etdirmişdir və ABŞ tərəfindən davamlı dəstəyə və diqqətə layiq olan müttəfiqdir”. 

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Paytaxda sərnişin avtobusunda bədbəxt hadisə baş verib

29 May 2017 08:07

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 08:05

Yanıqları sağaltmaq üçün YENİ ÜSUL - FOTO/VİDEO

29 May 2017 08:03

Totti "Roma"nın heyətində son oyununu keçirib

29 May 2017 07:57

"Ermənistandakı "İsgəndər-m" raket kompleksi region üçün ciddi təhlükə mənbəyidir"

29 May 2017 07:57

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü, 15 yaralı

29 May 2017 07:52

Yeni cehiz sandıq kolleksiyası - FOTOLAR

29 May 2017 07:48

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 07:47

"Qızıl buts"un sahibi məlum olub

29 May 2017 07:47

Azərbaycanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

29 May 2017 07:42

Bakıda gənc qadın özünü 8-ci mərtəbədən yerə atıb

29 May 2017 07:37

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar müəyyənləşib

29 May 2017 07:37

Venesuelada detirazlar zamanı daha 2 nəfə ölüb

29 May 2017 07:29

Park mənzərəli ev - FOTO

29 May 2017 07:22

"Onlar artırmalıdır"

29 May 2017 07:17

Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

29 May 2017 07:12

Səhər yeməyində uşaqlara bunları verməyin! - FOTO

29 May 2017 07:05

20 yaşlı futbolçudan dahiyanə qol - VİDEO

29 May 2017 06:58

İçində üç bağ olan ev - FOTO

29 May 2017 06:32

“Qızıl buts”un sahibi bəlli oldu

29 May 2017 06:24

Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

29 May 2017 06:12

İyunun 10-dan YENİ QAYDALAR - Enerji içkiləri və tütün məhsulları...

29 May 2017 06:03

Bakıda 24 yaşlı gənc küçədə bıçaqlanıb

29 May 2017 05:57

Abşeronda yanğın olub

29 May 2017 05:50

Kann kinofestivalının qalibi məlum olub

29 May 2017 05:47

Şəhər kənarında ənnəvi ev - FOTO

29 May 2017 05:32

Mançesterdə terror aktının araşdırılması çərçivəsində kimyaçı tələbə saxlanılıb

29 May 2017 05:15

Luçesku istefaya göndərildi

29 May 2017 04:58

Yunanıstanın sabiq baş naziri vəfat edib

29 May 2017 04:57

Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

29 May 2017 04:42

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 04:36

Los-Ancelesdə loft emalatxana - FOTO

29 May 2017 04:32

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34