Putin üçün brilyant iPhone (FOTO)

Putin üçün brilyant iPhone (FOTO)
11:46 22 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin şərəfinə briliyant qaşlı telefon hazırlanıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, eksklüziv iPhone 6S“Caviar” şirkəti tərəfindən işlənilib.

Şirkətin saytında yer alan məlumata görə, ilk dəfə olaraq satışa 19 bahalı daşla işlənilən mobil telefon çıxarılıb. Putinə həsr edilən telefonun arxa hissəsində Rusiya Federasiyasının gerbi yer alıb. Qızıldan olan bu gerbin üzəri 16 briliyant qaşla bəzədilib.

Daha üç brilyant isə Rusiya prezidentinin ad və soyadının aralığında bərq vurur. Hər daşın diametri yarım millimetrdir. Kompozisiyanın mərkəzində isə Putinin qızıldan işlənilmiş portreti təsvir edilib.


Vladimir Putinə həsr edilən mobil telefon




Unikal iPhone 6S az saydadır. Ümumilikdə 44 belə model istehsal olunub. Qiyməti 299 min rubl olan smartfonun bir nüsxəsi də Rusiya prezidentinə göndərilib.



“Caviar” şirkəti bundan əvvəl də Vladimir Putinin şərəfinə 3 qızıl iPhone buraxıb. "Caviar Supremo Putin" adlı smartfon arxasına çəkilən 18 karatlıq qızıl örtüklə seçilirdi. İdeyanın müəllifləri modeli "Putinofon" adlandırıblar. "Caviar Supremo Putin 2"də isə prezidentdən əlavə, Rusiyanın gerbi də əks edilib.



Putindən başqa bu şirkət ayrı-ayrı vaxtlarda görkəmli tarixi və məşhur şəxslərə həsr olunmuş smartfonlar istehsal edib. Onlar arasında boksçu Məhəmməd Əlinin, Apple şirkətinin təsisçisi Stiv Cobsun və Avropa İntibah dövrünün görkəmli mütəfəkkiri Leonardo Da Vinçinin fotosu olan telefonların adını çəkmək olar.


Şirkətin Məhəmməd Əliyə həsr etdiyi telefon


Stiv Cobsun şərəfinə hazırlanan mobil telefon

“Caviar” şirkəti hətta Azərbaycana da həsr olunmuş mobil telefonlar da buraxıb. Üzərində Azərbaycanın xəritəsi, bayrağı və gerbi olan smartfonlar böyük maraqla qarşılanıb.



Azərbaycana həsr edilən mobil telefon

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR