Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Meydan" TV-nin direktorunun qaynının məhkəməsi başlayıb

​"Meydan" TV-nin direktorunun qaynının məhkəməsi başlayıb

Date: 22 December 2015 11:47

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Məhkəmə vəsatətə baxmaq üçün hazırlıq iclasını təxirə salıb.
Növbəti proses dekabrın 24-də keçiriləcək.
Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Tags:  Meydan TV-nin direktorunun qaynının məhkəməsi başlayıb

RƏYLƏR


Top news