Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Abramoviçin Qvardiola planı

Abramoviçin Qvardiola planı

"Transfer çalışmalarına başlamışıq" - Qvardiola (07 Mart 2017 22:07)

Tarix: 22 Dekabr 2015 11:47

"Çelsi"ni gələn mövsümdən Pep Qvardiola çalışdıra bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi artıq ispaniyalı mütəxəssislə təmasa keçib.

Joze Mourinyonu istefaya göndərərək, baş məşqçi postuna müvəqqəti Qus Hiddinki gətirən "zadəganlar" yayda komandanı Qvardiolaya həvalə etmək niyyətindədirlər. Bu məsələ ilə şəxsən məşğul olan klubun sahibi Roman Abramoviç artıq təklifini də göndərib.
 
Əgər Qvardiola "Mançester Siti"yə yox, "Çelsi"yə keçməyə razılıq versə, dünyanın ən çox qazanan məşqçisi olacaq. Bundan əlavə, rusiyalı biznesmen yeni transferlər üçün çalışdırıcının istədiyi qədər məbləğ ayırmağa da söz verib.
 
Qeyd edək ki, hazırda "Bavariya"nın "sükanı arxası"nda olan Qvardiola mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb.

Milli.Az


Teqlər:  Abramoviçin Qvardiola planı



RƏYLƏR


Top xəbərlər