THY-nin Bakı nümayəndəliyi turizm agentlikləri ilə görüş keçirib

THY-nin Bakı nümayəndəliyi turizm agentlikləri ilə görüş keçirib
11:56 22 Dekabr 2015
17 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də "Hilton" oteldə Türk Hava Yolları (THY) şirkətinin Bakı nümayəndəliyinin turizm agentlikləri ilə ilin sonuna həsr edilmiş görüşü baş tutub.

Axşam.az xəbər verir ki, “Türk Hava Yolları” şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas çıxışından öncə “Günəşli” platformasında həlak olan faciə qurbanlarının yaxınlarına başsağlığı verib. O, THY-nin Azərbaycandakı fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb:

“Hazırda dünyanın 285 nöqtəsinə 4386 uçuş həyata keçiririk. Təsadüfi deyil ki, 2014-cü ildə bizim xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı 55 milyon idisə, 2015-ci ildə bu rəqəm 60 milyona qalxıb. 10 il bundan öncə cəmisi 82 təyyarəmiz var idisə, bu gün 299 təyyarəmizlə dünyanın hər yerinə uçuruq. 2018-ci ildə bu rəqəmi 350-yə yüksəltməyi düşünürük.

Ümumiyyətlə, 2018-ci il bizim üçün çox önəmli bir ildir. Bilirsiz ki, bu ildə İstanbulda 3-cü hava limanı istifadəyə veriləcək və bu bizim işimizin genişlənməsi üçün əvəzolunmaz imkan yaradacaq”.

Təbirin sonunda THY-nin Bakı nümayəndəliyi 2015-ci ildə ən çox bilet satışını həyata keçirən turizm agentliklərinə təşəkkür plaketləri təqdim edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR