İŞİD daha bir ölkədə möhkəmlənir - VİDEO - FOTO

İŞİD daha bir ölkədə möhkəmlənir - VİDEO - FOTO
11:57 22 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Yaxın Şərq və Şimali Afrika, habelə Afrikanın mərkəzindən sonra bu dəfə Filippini hədəfə alıb.
Filippin cəngəlliklərində təlim-məşq bazası yaradan yerli terror qruplaşmalarının ikisi İŞİD-ə biət etdiklərini, sədaqət andı içdiklərini bildirib.
Filippinli İŞİD-çilər video da yayıblar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Filippini "İslam Dövlətinin vilayəti" elan edən terrorçular İŞİD-in nəzarətindəki ərazilərin "Dar ül İslam", dünyanın bütün digər məkanlarını isə "Dar ül Küfr" elan ediblər.
Filippindəki İŞİD-çilər özlərini "Ənsar əl Xilafa" adlandırırlar. 
Ötən ay Filippinin Sultan-Qudarat vilayətindəki Palembanq şəhərində hərbçilər 8 terrorçunu məhv etmişdilər. General Emmanuel Salamatın dediyinə görə, onların 7 nəfəri filippinli, biri isə İndoneziya vətəndaşı olub.

"Ənsar əl Xilafa" qruplaşmasının tərkibində 50 terrorçunun olduğu bildirilir. Qrupun lideri Məhəmməd Cəfər Məquid adlı şəxsdir.

Filippinin paytaxtı Maniladan təqribən 1000 km cənubda, Saranqani vilayətində "Moro İslam Azadlıq Cəbhəsi" fəaliyyət göstərir. Qiyamçı müsəlmanların bu qruplaşmasının 11 min üzvü var və onlar hakimiyyətlə atəşkəs müqaviləsi imzalayıblar.

"Ənsar əl Xilafa"ya qarşı hərbçilərin əməliyyatı da "Moro İslam Azadlıq Cəbhəsi" ilə əvvəlcədən razılaşdırılmışdı. Çünki bu ilin yanvarında polislər və hərbçilər ölkənin cənubundakı Maqindanao vilayətinin Mamasapano şəhərində terror aktı törətməkdə şübhəli bilinən malayziyalını yaxalamaq üçün məxfi əməliyyat keçirmişdilər. Bu əməliyyat "Moro İslam Azadlıq Cəbhəsi" ilə əvvəlcədən razılaşdırılmadığı üçün atışma baş vermişdi. Atışmada Filippin polisinin xüsusi təyinatlı dəstəsinin 44 hərbçisi həlak olmuşdu.
 

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR