Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sənaye Nazirliyi istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir

Sənaye Nazirliyi istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir

Date: 22 December 2015 11:58


Bakı, 22 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərini gücləndirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, Mərkəzi Bank dekabrın 21-də manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Tags:  Sənaye Nazirliyi istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir


RƏYLƏR


Top news