Əliağa Vahid anılacaq

Əliağa Vahid anılacaq
12:06 22 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, konsertdə xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları Ağamirzə, Mehman Əhmədli iştirak edəcəklər.

Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR