Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nazirlikdən Ələsgər Məmmədoğlunun dəfn xərcləri ilə bağlı açıqlama

Nazirlikdən Ələsgər Məmmədoğlunun dəfn xərcləri ilə bağlı açıqlama

Date: 22 December 2015 12:11

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlunun dəfn xərcinin və yas mərasiminin bir qismini Mədəniyyət və Turizm Nazirliyi ödəyəcək.

Axşam.az xəbər verir ki, bu barədə AzNews.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən onu da bildiriblər ki, dəfn məsələlərinə nazirliklə yanaşı Akademik Milli Dram Teatrı da köməklik edəcək:

“Ələsgər Məmmədoğlu Azərbaycanın istedadlı aktyorlarından olub. Onun dəfn və yas xərci bu iki qurumun diqqətindədir”.

Qeyd edək ki, Ə.Məmmədoğlu dekabrın 21-də dünyasını dəyişib.


Tags:  Nazirlikdən Ələsgər Məmmədoğlunun dəfn xərcləri bağlı açıqlama

RƏYLƏR


Top news