Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Laynerlərin bortunda qonaqları robotlar müşayiət edəcək

Laynerlərin bortunda qonaqları robotlar müşayiət edəcək

Date: 22 December 2015 12:11

"Carnival Corporation" kruiz şirkəti öz laynerlərində Yaponiyanın "Pepper" robotlarından istifadə edəcək.
 
Sözügedən şirkət "Pepper" robotlarından istifadəyə dair 1.1 milyon dollarlıq saziş imzalayıb. Adı çəkilən robotlar Yaponiyanın "Aldebaran" şirkəti tərəfindən hazırlanıb.
 
"ICTnews" elektron xəbər xidməti "ubr.ua" resursuna istinadən xəbər verir ki, "Pepper" oxumağı bacaran və insan emosiyalarına reaksiya verən ilk robotdur. Bu robotlar laynerin bortunda qonaqları müşayiət edəcək, restoran və ekskursiya haqda öz tövsiyələrini verəcək. Robotlar alman, italyan və ya ingilis dillərində danışır.
 
Məlumata əsasən, bir "Pepper" robotu "AIDAStella" laynerinin bortunda sınaq müddətini keçib.
 
"Biz laynerin bortunda robotların xidmətindən istifadə edərək innovasiyalara olan sevgimizi bir daha nümayiş etdiririk" – "Carnival Corporation" şirkətinin tərkibinə daxil olan "Costa" qrupunun icraçı direktoru Maykl Tamm belə deyib.

Emil Hüseynov


Tags:  Laynerlərin bortunda qonaqları robotlar müşayiət edəcək


RƏYLƏR


Top news