Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər

​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər

Cəlilabad sakini narkotik vasitə ilə tutuldu (12 Mart 2017 17:05)
Cəlilabad sakini 2 kq-dan çox narkotik vasitə ilə saxlanılıb (12 Mart 2017 16:22)
Gömrükçülər 6800 ədəd qanunsuz siqaret aşkar edib (02 Mart 2017 18:34)

Tarix: 22 Dekabr 2015 12:17

Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi yük avtomobilində narkotik vasitə aşkar edib. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Naxçıvan MR-dan İran ərazisindən tranzit keçməklə Biləsuvar istiqamətindən gələn Azərbaycan vətəndaşı A.Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Teqlər:  Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər



RƏYLƏR


Top xəbərlər