Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qadın sahibkarların sayı artıb

Azərbaycanda qadın sahibkarların sayı artıb

Naxçıvan əhalisinin sayı artıb (29 Mart 2017 06:13)
Azərbaycanda onkoloji xəstələrin sayı artıb (13 Mart 2017 19:57)
Azərbaycanda narkoman qadınların sayı artıb - STATİSTİKA (24 Fevral 2017 16:52)

Tarix: 22 Dekabr 2015 12:19

 

 

“Son dövrlər Azərbaycanda qadın sahibkarların sayı artıb. Sahibkarlıqda qadınların təmsilçiliyi 19 faizə qalxıb”.

 

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, komitə beynəlxalq təşkilatlarla birlikdə Azərbaycanın regionlarında qadınların sahibkarlığa cəlb olunması ilə bağlı pilot layihələr həyata keçirir: “Pilot layihələr əsasən təhsildən yayınma, erkən nikah, məişət zorakılığının çox olduğu rayonları əhatə edir. Həmin rayonlarda kiçik müəssisələr açılıb. Həmin müəssisələr bu gün də fəaliyyətini davam etdirir. Regionlarda layihələr keçirəndə bizə deyirdilər ki, siz heç nəyə nail olmayacaqsınız, qadınların həyat yoldaşları onlara imkan verməyəcək. Bizim qadınlar haqqında ancaq evdar qadın obrazı yaradılmışdı. Təəssüf ki, biz çox zaman stereotiplərin əsarətində qalırıq. Lakin dövr göstərdi ki, bu istiqamətdə çox iş görsən, faydası mütləq olacaq”.

 

Komitə sədri qeyd edib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması onların iqtisadi baxımdan daha azad olmasına imkan yaradır: “Qadınların iqtisadi baxımdan müstəqil olması bir çox problemlərin, o cümlədən də məişət zorakılığının qarşısı alınır”. 


Teqlər:  Azərbaycanda qadın sahibkarların sayı artıb



RƏYLƏR


Top xəbərlər