Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 45% azalıb

​Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 45% azalıb

Azərbaycanda neft hasilatı 7,3% azalıb (14 Mart 2017 12:05)
Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsalı azalıb (14 Mart 2017 11:27)
Azərbaycanda neft hasilatı 7,3 faiz azalıb (14 Mart 2017 11:19)

Tarix: 22 Dekabr 2015 12:22

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 203 785,20 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 34,6% azdır.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% azalaraq 265 318,45 min kVt/saata bərabər olub.
Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 15 655,10 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,11% azdır.

Teqlər:  Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 45 azalıb



RƏYLƏR


Top xəbərlər