"Neftçi"nin yeni baş məşqçisi kim olacaq?

"Neftçi"nin yeni baş məşqçisi kim olacaq?
12:22 22 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında qış fasiləsinə 6-cı pillədə yollanan "Neftçi"də yeni baş məşqçinin kimliyi sabah bilinəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu klubun idman direktoru Vəli Qasımov deyib.

O bildirib ki, sabah Müşahidə Şurasının iclası keçiriləcək və bununla bağlı qərar qəbul ediləcək: "Əsgər Abdullayevin baş məşqçi kimi qalıb-qalmayacağı hələ bəlli deyil. Bu məsələyə sabah keçiriləcək iclasda baxılacaq".
 
Transfer fəaliyyətini də davam etdirən paytaxt təmsilçisi qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır. Lakin bununla bağlı qərarları da yeni baş məşqçi verəcək. Qasımov bir neçə ölkədə danışıq apardıqları oyunçular olduğunu vurğulayıb: "Hazırda Polşa, Rumıniya, Portuqaliya, Braziliya və Rusiyada maraqlandığımız futbolçular var. Lakin transfer məsələsində baş məşqçinin kimliyi bilindikdən sonra hərəkətə keçəcəyik. Çünki kimlərin gələcəyinə məşqçi qərar verəcək. Həmçinin, komandadan ayrılacaq futbolçuların adlarını da baş məşqçi müəyyənləşdirəcək".
 
Qeyd edək ki, XII turdan sonra Samir Əliyevi əvəzləyən Əsgər Abdullayevin dönəmində "Neftçi" Premyer Liqada keçirdiyi 6 matçın 3-də qələbə qazanıb, 2-də heç-heçə edib, 1-də məğlub olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR