Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şamaxıda payızlıq taxıl əkini sahələri ötən illə müqayisədə 1844 hektar artıb

Şamaxıda payızlıq taxıl əkini sahələri ötən illə müqayisədə 1844 hektar artıb

"Azercell Telecom"un aktivləri 8% artıb (13 Mart 2017 13:57)
Ötən il Naxçıvanda 1403 ton bal istehsal olunub (13 Mart 2017 11:12)
Sarkisyan və arvadının milyonları üzə çıxdı (09 Mart 2017 11:28)

Tarix: 22 Dekabr 2015 12:23


Şamaxı, 22 dekabr, AZƏRTAC
Şamaxıda payızlıq taxıl əkini sahələri ötən illə müqayisədə 1844 hektar artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, artıq taxılçılar payızlıq əkin kampaniyasını başa çatdırıblar. Gələn ilin məhsulu üçün bölgədə 20 min 37 hektar sahədə taxıl əkilib. Əkinlər əlavə torpaq sahələri cəlb olunmaqla, ötən illə müqayisədə 10,1 faiz və ya 1844 hektar artıb. Bir sıra yerlərdə, o cümlədən daha çox səpin aparılan Göylər, Çarhan ərazi vahidlərində, Sabir qəsəbəsində kampaniya daha mütəşəkkil keçib.
Rayonda payız əkinlər üçün 100-dək şum traktorunun, 50-dən çox səpin aqreqatının və digər texnikanın qüvvəsindən istifadə edilib.
Hazırda zərərvericilərə qarşı mübarizə tədbirləri görülür.
 

Teqlər:  Şamaxıda payızlıq taxıl əkini sahələri ötən illə müqayisədə 1844 hektar artıb



RƏYLƏR


Top xəbərlər