Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müsəlmanlar xristianlara sipər oldular

Müsəlmanlar xristianlara sipər oldular

Date: 22 December 2015 12:26

Keniyada müsəlmanlar xristianlara sipər oldular. ANS PRESS-in məlumatına görə, terror təşkilatı olan "Əş Şabab" paytaxt Nayrobidən Manderaya gedən sərnişin avtobusuna silahlı basqın edib. Onlar sərnişinləri dinlərinə görə iki qrupa ayırmaq istəyiblər. Lakin müsəlmanlar xristianları qorumaq üçün bundan imtina ediblər.

Terror aktı nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, 10 terrorçu avtobus əhatəyə alıb. Müsəlmanların və xristianların ayrılmasını tələb ediblər. Lakin müsəlmanlar avtobusdan enməkdən imtina ediblər. "Bizə atəş açaraq öldürməklə təhdid etdilər. Amma biz qardaşlarımızı qorumaq üçün onlardan ayrılmadıq. Terrorçullar bundan sonra çıxıb getdilər. Amma geri qayıdacaqlarını dedilər", - deyə sərnişinlər bildiriblər.

Millət vəkilin bölgə komissiyasının üzvü Julius Otieno da bu barədə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, müsəlmanlar xristian qrupdan ayrılmaqdan imtina ediblər. Buna görə də, terrorçular onları ayırd edəbilməyiblər.

"Əş Şabab" silahlıları da basqın xəbərini təsdiqləyib.



"Əş Şebab" Somalidə federal keçid hökümətinə qarşı mübarizə üçün 2011-ci ildə qurulan silahalaı qruplaşmadır. Müntəzəm olaraq silahalı basqınlar, terror aktları həyata keçirirlər. Ötən il məktəb avtobusuna edilən basqın 17-i müəllim olmaqla 28 nəfərin ölümünə yol açıb.

Onlar həmçinin Somalidə prezident sarayına edilən hücum nəticəsində 9 nəfər həyatını itirməsinə səbəb olan hadisəyə görə də məsuliyyəti üzərlərinə götürüblər.



Tags:  Müsəlmanlar xristianlara sipər oldular


RƏYLƏR


Top news