"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu dəyirmi masa keçirib

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu dəyirmi masa keçirib
12:29 22 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə “Azərbaycan gəncliyinin məruz qaldığı yad ideoloji təsirlər” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açıb. O, bildirdi ki, rəhbərli etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. Müasir zamanda Azərbaycan gəncliyi müasir informasiya daşıyıcıları ilə müxtəlif ideoloji təsirə və eləcə də mədəni ekspansiyaya məruz qalmaqdadır. Bunun qarşısının alınması üçün maarifləndirici işin təşkili son dərəcə vacibdir.

 

Mövzu ilə bağlı çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya institutunun elmi işçisi, araşdırmaçı Pərviz Elay qeyd etdi ki, Azərbaycan istər Qərb, istərsə də bizə qonşu olan dövlətlərin ideoloji təsirlərinə mütəmadi olaraq məruz qalır. Bu təsirlərdə başlıca məqsəd isə ilk növbədə gəncləri ələ almaq, onları müəyyən axın və istiqamətlərə yönəldərək gələcəkdə fərqli məqsədlər üçün istifadə edə bilməkdir. Pərviz Elayın fikrincə, yalnız dövlət deyil, ziyalılar və eləcə də qeyri-hökumət təşkilatları bu təsirləri və zərərli ideoloji axınları maksimum dərəcədə zərərsizləşdirmək üçün ciddi şəkildə fəaliyyət göstərməlidirlər.

 

Daha sonra birliyin İdarə Heyətinin üzvü Ceyhun Bayramlı mövzu ilə bağlı “Oğuz ” MAQ-da hazırlanan slaydı təqdim edib. Slaydda kommunizm, anarxizm, ateizm, eləcə də xristian missioner və İslamla əlaqələndirilən qeyri-ənənəvi cərəyanlar barədə məlumat verilib. Slayda təqdimatından sonra qonaqların da iştirakı ilə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu qonaqlara bir daha təşəkkürünü bildirərək, yanvar ayında daha bir dəyirmi masa təşkil edəcəklərini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR