Tanınmış azərbaycanlı astroloqdan 2016-cı il PROQNOZLARI

Tanınmış azərbaycanlı astroloqdan 2016-cı il PROQNOZLARI
12:37 22 Dekabr 2015
168 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az modern.az-a istinadən tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir:

- Səbuhi müəllim, Keçi ili 2015-ci il fevralın 19-dan başladı, gələn il isə Meymun ilidir.  O nə zamandan  start götürəcək?

- Od ünsürlü Qırmızı meymun ilini deyirsinizsə, bu, fevralın 8-də Bakı vaxtı ilə axşam saat 18:40-da start götürəcək.

- Üzümüzə gələn ilin proqnozlarına keçməzdən əvvəl, yola saldığımız 2015-ci il üçün verdiyiniz proqnozlardan hansıların doğru, hansıların yanlış olduğunu sizdən öyrənək...

- Müsahibə zamanı müxtəlif fikir və ehtimallar olur ki, bəzən jurnalistlər bunu proqnoz kimi təqdim edirlər. Məsələn, ilin başlanma vaxtı, rəngi, ünsürü, aktiv ölkələr və siyasi xarakteristika... Əslində bunlar ümumi qəbul olunmuş fikirlərdir. Bir də var, özümün tərtib etdiyim ictimai-siyasi proqnozlar. Bu baxımdan ötən il verdiyim 21 proqnozdan 16-sı tam, 3-ü qismən özünü doğrultdu. Cəmi 2 proqnoz isə yanlış çıxdı. Onların hamısı təhlillərlə birlikdə mətbuatda çıxıb.

Ötən il bizimlə bu istiqamətdəki  müsahibənizdə verdiyiniz proqnozların böyük qismi doğru çıxdı. Lakin bircə mədəniyyət haqqında dediklərinizdə nəticə hasil olmadı. Bildirmişdiniz ki, Göy Keçi mədəniyyət ünsürüdür. Bu ildə kimsə parlayacaq, yeni mədəni uğurlar olacaq. Sizcə, bu proqnozunuz düz çıxdımı? 

- Əvvəlki sualda dediyim kimi, bu, proqnoz deyil, ümumi qəbul olunmuş astroloji qənaətdir. Keçi teatr və incəsənətlə bağlı olduğu üçün ümumi fonda bu fikirləri deyirik. Amma bir az araşdıra bilsəniz, hətta bunun da doğru çıxdığını görərsiniz. Elnur Hüseynovun "O səs Türkiyə" yarışının qalibi olması, "Əli və Nino" filminin şöhrəti, beynəlxalq film festivallarında aldığımız mükafatlar, həmyerlimiz Röyanın Türkiyə sənətçiləri arasında getdikcə irəliləyən yüksək reytinqi sübut olar. Bilirsinizmi, proqnozlar çoxsahəlidir - siyasi, iqtisadi, mədəni, tibbi, hətta coğrafi. Proqnozların nəticəsini bir jurnalist araşdıra bilməz, mütləq hər sahədən mütəxəssis özünə uyğun xətti dəqiqləşdirməlidir. Məsələn, demişdim ki, 2015-ci ildə 4 nazir və ya nazir ranqlı məmur vəzifəsini itirəcək. Bu gün hamı deyir yalnız 2 nəfər olub, çünki ilin sonunda qalmaqallı iki istefa daha çox yadda qalıb. Halbuki, ilin birinci yarısında Statistika Komitəsinin sədri dünyasını dəyişdi, Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv olundu. Yaxud "15-ə yaxın icra başçısı dəyişdiriləcək" proqnozumu götürək. Hamının yadında son 4 dəyişiklik (Abşeron, Sumqayıt, Nəsimi, Səbail) qalıb. Halbuki,  2015-ci ildə 12 rayonun rəhbərliyi dəyişdirilib.

- İndi isə keçək 2016-cı ilə. İlin ünsürləri, aparıcı ayları, bürcləri hansılar olacaq?

- İlin göy cismi Ay, aparıcı bürcləri Xərçəng və Buğa, illəri Meymun, Siçovul və Əjdaha, ayları may, iyul, rəngi qırmızı, ağ və açıq-mavi, daş-qaşı zümrüd, rubin, Ay daşı, metalı isə gümüş olacaq.

Dünyanın siyasi xəritəsində hansı dövlətlər 2016-da aktiv və ya passiv olacaq?

- Əslində bunu da proqnoz kimi qəbul etməyinizi istəməzdim. Çünki ilin astroloji göstəriciləri sırasında aktiv ərazilər də olur və bunu təkcə mən yox, bütün astroloqlar deyirlər. Bir haşiyə çıxım: bəzən gün və ya Ay tutulmalarını həftələr, aylar öncə mətbuata açıqlayıram. Bir də görürsən ki, oxucular "halaldır, demişdiniz, gün tutulacaq, doğrudan da tutuldu" deyirlər. Gülməlidir, 21-ci əsrdə belə yanaşma təəssüf doğurur. Sanki heç kim bilmirdi və mənim dediyim hamını təəccübləndirib. Halbuki, bu, mənim proqnozum deyil, sadəcə olacaq deyə əvvəlcədən insanlara çatdırıb tədbirli olmalarını istəyirəm. 

Sualınıza gəlincə, 2016-cı ildə gündəmdə olacaq ərazilər bunlardır: Avstraliya, Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, Almaniya, İrlandiya, Polşa, İsveçrə, Suriya, Sakit okean adaları, İraq, İran, Əfqanıstan...

- 2016-cı il Azərbaycan üçün nə ilə yadda qalacaq?

Əslində Meymun illəri daha çox qıtlıq və məhəlli münaqişələrlə, istila və sensasion sui-qəsdlərlə yadda qalır. Azərbaycan üçün hansısa qeyri-adi hadisənin olacağını isə güman etmirəm. Mən sırf astroloji qənaətlərimi deyirəm. Ola bilsin ki, bizim bilgimizi aşan amillər də çoxdur. Yaddaqalan Qarabağın qaytarılması, rüşvətin tam yığışdırılması, əhalinin rifahı naminə aparılan islahatlar ola bilərdi, onlar da olmayacaq.

- Devalvasiya, manatın ucuzlaşması, qiymət artımı 2016-cı ildə insanlara necə təsir göstərəcək? Ümumiyyətlə, sırf bu istiqamətdə müsbət nəsə gözləyə bilmərik?

- Bu sualı iqtisadçılar daha aydın tərzdə şərh edə bilərlər. Astrologiya təbii gedən mənzərəni təsvir edir, bizdə isə çox şey sünidir. Sizə bir misal deyim. Bir dəfə tanınmış bir siyasi dustaq haqqında yazmışdım ki, azad olunacaq. Tam əmin idim ki, bütün hesablamalarım dəqiqdir. Lakin həmin ilin 31 dekabr əfv fərmanında adı çıxmadı, o biri ilin Novruzunda buraxdılar. Sonralar onunla rastlaşdıq, mənə: "Türmədə mənə dedilər ki, Səbuhi Rəhimlini səhv çıxarmaq üçün qəsdlə səni əfv siyasından çıxarmışıq", - dedi. İndi buna ulduzlar neyləsin? (gülür) 
Belə hallar da olur. Ona görə də dəyişdirilə bilən proqnozları verməməyə çalışırıq. 
Sualınıza gəlincə, hazırkı devalvasiya artan xətt üzrə gedəcək - bunu uşaq da bilir. Birinci devalvasiyada sosial şəbəkələrdə yazmışdım ki, dollar bir də heç vaxt 1,05 manatdan ucuz olmayacaq. Həmin fikri yenə təzələyirəm: dollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq. Vəziyyətin qismən də olsa düzəlməsi mümkündür.

- Qarabağ məsələsində nə kimi yeniliklər olacaq?

- Döyüşlər bir az da irimiqyaslı olacaq. Atəşkəssiz və Qarabağsız bir il yaşayacağıq.

- Qarabağ demişkən, hamıdan çox sizə doğma olan iki soydaşımız - Dilqəm Əsgərovla, Şahbaz Quliyevin müqəddəratı barəsində nəyi demək olar?

- Ötən il səhv çıxan iki proqnozumdan biri də onlarla bağlı oldu. Bəlkə də emosiya və istəklərim soyuqqanlı hesablamalarıma mane olmuşdu. Əslində bütün hesablamalarım onların iyulda və noyabrda azadlığa çıxacaqlarını göstərirdi. Amma məhz həmin aylarda cəbhə bölgəsində şiddətli döyüşlər, ağır itkilər oldu - bunların arasında nə kimi əlaqə olduğunu hələ də anlamıram. Ona görə də bunu siyasi iradənin öhdəsinə buraxıram.

Proqnozlardan keçək Səbuhi Rəhimlinin əsas fəaliyyət sahəsi olan araşdırmalara. Azərbaycan tarixinin Midiya dövrünə aid olan gizlinləri barəsində nə zaman yazmaq fikriniz var?

- Midiya dönəmi dərindən öyrənilməyib. Çoxlu açıq suallar var. Təsəvvür edin ki, hələ dəqiqləşdirən olmayıb ki, Midiya türklərə məxsus olub, farslara, yoxsa hətta kürdlərə. Əsas mənbələri ortaya çıxarmaq az qala mümkün deyil. Min dəfə dediyim fikri bir daha deyirəm: bütün dillərdə dərc olunmasına baxmayaraq bu vaxta qədər "Avesta" öz dilimizdə dərc olunmayıb. Bütün dünya gücləri buna imkan vermir. Kimsə bu fikrimə gülürsə, buyursun dərc etdirsin - rusca da var, farsca da. Kim bu işə qol qoyubsa, məhv edilib. Ən gülməlisi isə odur ki, Zərdüşt peyğəmbərin doğulduğu yer, yaşadığı ərazi (Marağa) hamıya bəlli olduğu halda, o ərazidə hətta düşmənlərimizin belə, etiraf etdiyi kimi əzəldən türklər yaşadığı aydın olsa da, bəzi ciddi tarixçilərimiz onun türklüklə heç bir əlaqəsi olmadığını deyir. Onu fars, kürd, hindli, hətta slavyan (Tamara Qloba tərəfindən) adlandıranlar var. Bax, bu problemləri aradan qaldırmaq lazımdır. Dilimizdə "Avesta"nın yalnız Yasna Qatları dərc olunub ki, onun da səhv etmirəmsə,  16 Qatı kitabdan çıxarılıb. Hər şeyin kökü də məhz buradadır. Midiyanı heç olmasa özümüz üçün öyrənə bilsək, o ad bizə bugünkü qədər uzaq və yad gəlməz. Nəsə yazmağa gəlincə, ara-sıra öz məqalələrimdə buna toxunuram, lakin ayrıca bir yazı, özü də gizlinlərdən bəhs edən yazı yazmaq planım yaxın perspektivdə yoxdur.

- Siz həm də söz adamısınız. Qədim maq fəlsəfəsini şairin və təhkiyənin dili ilə bədiiləşdirmək fikriniz varmı?

- Əgər şeiriyyət yönümündə deyirsinizsə, mən özümü şair adlandırmıram. Ara-sıra könlümdən qaynayan, içimdən doğan, zəkama hopan və oradan dilimə axan kəlmələri ovcuma yığıb qələmə həvalə edirəm. İndi insanlarda mənəvi eniş mərhələsi pik həddinə çatdığı üçün şeir və söz fəlsəfəsini qavramaq ovqatında deyillər. Qədim mağ sivilizasiyasını isə bu gün çox az adam bilir. Bilinməyən bir şeyin ədəbi təsviri isə maraq doğurmaz.

- Özümüzə qayıtmaq üçün Azərbaycan tarixinin hansı dövrünə bir daha səfər etməliyik?

- Biz hər zaman özümüzdəyik, hər zaman sıfır nöqtəsindən başlamaq şansımız var. Sadəcə bunun üçün qurban verməyə də hazır olmalıyıq. Bu gün hər şeyimiz var, yalnız qurban getməkdən, şəhid olmaqdan çəkinəcəyimiz var. Deməli, azacıq qürurumuzu artırmalıyıq. Türk milləti yaranışından deyib ki, Göyün altı bizimdir. Nə yazıq ki, bu gün dünyamız sərhədləşdirilib, türklər heç vaxt sərhəd qoymayıblar. Mən geri qayıtmaq istəməzdim, yolumuz irəlidir. Bu gündən baxanda Turanla fəxr edirik, Uzun Həsən, Xətai dönəmi ilə fəxr edirik, nə deyim, səhifələrimiz çoxdur.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lənkəranda AĞIR QƏZA - 7 nəfər... - FOTOLAR

28 May 2017 18:43

Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlanıb (FOTO)

28 May 2017 18:43

ABŞ Rəqqanı bombaladı: 20 sakin öldü

28 May 2017 18:42

Dolların sabaha olan məzənnəsi

28 May 2017 18:39

Lənkəranda ağır yol qəzası

28 May 2017 18:28

2 azyaşlı bağlı qapı arxasında qaldı

28 May 2017 18:18

XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

28 May 2017 18:15

Sürücü vurduğu piyadanı xəstəxanaya çatdıra bilmədi - Yolda öldü

28 May 2017 18:12

Qoyun əti ucuzlaşıb – QİYMƏT

28 May 2017 18:12

Çində bir şəxs bıçaqla ətrafdakılara hücum etdi

28 May 2017 18:07

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib

28 May 2017 18:02

ABŞ-da silahlı şəxs polis zabiti də daxil olmaqla 8 nəfəri güllələyib

28 May 2017 17:52

Ronaldu: "Zidan mənə hücumda sərbəstlik verib"

28 May 2017 17:52

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri yaralayıb

28 May 2017 17:50

Luis Enrike futboldan gedir?

28 May 2017 17:49

Çində restoranda partlayış: 12 yaralı

28 May 2017 17:48

O futbolçu üçün 130 milyon avro - Hansı kluba gedir?

28 May 2017 17:47

Fəridə yol qəzasında həyatını itirdi

28 May 2017 17:47

Bakıda iş adamının arvadı onu izləyən polis əməkdaşını döyüb

28 May 2017 17:38

Daha bir müğənni evlənir - Vaxtı açıqladı

28 May 2017 17:37

28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May 2017 17:30

Təhlükəli qadın mafiya başçısı tutuldu - FOTO

28 May 2017 17:27

Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var

28 May 2017 17:27

Bakıda bulvarda intihara cəhd

28 May 2017 17:15

“Cəsur və Gözəl”in izləyicilərinə BƏD XƏBƏR

28 May 2017 17:13

"Qalatasaray" və "Beşiktaş"ın stadionunun adında dəyişiklik

28 May 2017 17:12

Bakıda yol polisinin qovduğu maşın qəzaya düşdü: ölən və yaralanan var

28 May 2017 17:09

Yol polisi maşını qovdu

28 May 2017 17:08

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub

28 May 2017 17:07

Viləşçayda batan 2 nəfərin cəsədi tapıldı

28 May 2017 16:58

Ordumuz düşməni vahiməyə saldı

28 May 2017 16:56

Üzük barmağından çıxmadı, FHN köməyə gəldi

28 May 2017 16:52

Kürdəmirdə avtomobil yanıb

28 May 2017 16:44

Əli Əliyev növbəti dəfə partiya sədri seçildi - FOTOLAR

28 May 2017 16:43

Mehriban Əliyeva qızları ilə bayram tədbirində

28 May 2017 16:43

28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May 2017 16:42

"NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq"

28 May 2017 16:42

KXDR Hava Hücumundan Müdafiə sisteminin yeni raketini nümayiş etdirib

28 May 2017 16:37

Dolma bükərkən ehtiyatlı olun!

28 May 2017 16:37

AZƏRBAYCANDA AİLƏ FACİƏSİ: Bu gün 50 illik yubileyi olacaqdı, oğlu tərəfindən öldürüldü

28 May 2017 16:29

Sevgilisini milyonçuya çevirən şahzadə

28 May 2017 16:28

Ziyafət Əsgərov: “Azərbaycan nümayəndə heyəti NATO-nun komitə iclaslarında Ermənistanın işğalçı dövlət olduğunu sübut edir”

28 May 2017 16:22

Əfsanəvi müğənninin təyyarəsi dəyərindən qat-qat ucuz satıldı - FOTO

28 May 2017 16:19

Oruc tutanlara çimmək olarmı?

28 May 2017 16:12

Azərbaycanda ən çox istifadə olunan yalanlar

28 May 2017 16:12

Viləşçay çayında çimərkən batmış şəxslərin cəsədləri tapılıb

28 May 2017 16:07

Onlayn alış-veriş zamanı necə aldanmayaq?

28 May 2017 16:05

Əli Əliyev növbəti dəfə VİP-in sədri seçildi

28 May 2017 15:55

Əfqanıstanda ağır yol qəzası: bir ailənin 15 üzvü öldü

28 May 2017 15:50

Aralıq dənizində balıqçı gəmisi batıb, 5 nəfər ölüb

28 May 2017 15:49