BDU-da Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbir keçirilir

12:38 22 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Qazax xanlığının yaranmasının 550 və görkəmli mütəfəkkir Abay Kunanbayevin 170 illik yubileyinə həsr olunan tədbir keçirilir.
Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov türk dövlətlərinin tarixinin, müasir inkişafının bu dövlətlərin ali məktəblərində öyrənilməsinin vacibliyini vurğulayıb. A.Kunanbayevin böyük ədib kimi dünya ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.
Tədbirdə Milli Məclisin deputatları, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev, universitet rektorları və digərləri iştirak edirlər.
Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BDU_da_Qazax_xanliginin_yaranmasinin_550_illik_yubileyine_hesr_olunan_tedbir_kechirilir-913225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR