Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yük avtomobilində narkotik tapıldı

Yük avtomobilində narkotik tapıldı

Date: 22 December 2015 12:38

Bakı. Trend:

Gömrükdə yük avtomobilində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvan MR-dən İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Yük avtomobilində narkotik tapıldı

RƏYLƏR


Top news