Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əliağa Vahidin qəzəllərindən ibarət konsert təşkil olunacaq

Əliağa Vahidin qəzəllərindən ibarət konsert təşkil olunacaq

Bayram günlərində metroda konsert proramı təşkil olunacaq (17 Mart 2017 11:19)

Tarix: 22 Dekabr 2015 12:43


Bakı, 22 dekabr, AZƏRTAC
2016-cı il fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı təqdim ediləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları iştirak edəcəklər. Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri ustad xanəndələrin repertuarında mühüm yer tutur. Bu il ölkəmizdə görkəmli qəzəlxanın 120 illiyi münasibətilə bir çox tədbirlər, sərgilər keçirilib.

Teqlər:  Əliağa Vahidin qəzəllərindən ibarət konsert təşkil olunacaq



RƏYLƏR


Top xəbərlər