“Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC yaradılıb

12:43 22 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib.
AZƏRTAC xəbər verir ki, payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_Hokumet_Telim_Tedris_Merkezi_MMC_yaradilib-913226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR