Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü

12:53 22 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Afqanistan_prezidentlerinin_tekbetek_gorusu-913234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR