Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Afrikada 1 milyondan çox uşaq təhsildən məhrumdur

Afrikada 1 milyondan çox uşaq təhsildən məhrumdur

Date: 22 December 2015 12:54

Nigeriya və onunla qonşu olan ölkələrdə 1 milyondan çox uşaq “Boko Haram” terror qruplaşmasının fəaliyyəti nəticəsində məktəbə gedə bilmir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu UNİCEF-in Qərbi və Mərkəzi Afrika üzrə regional direktoru Manuel Fonten açıqlayıb.

 

“Nə qədər ki, onlar məktəbə gedə bilmir, bu uşaqların zorakılıq, insan oğurluğuna məruz qalmaq və silahlı qruplaşmalara qoşulmaq təhlükəsi daha yüksək olacaq”, - deyə o bildirib.

 

UNİCEF nümayəndəsi qeyd edib ki, Nigeriya, Kamerun, Çad və Nigerdə 2 mindən çox məktəb bağlanıb, yüzlərlə məktəb silahlıların hücumuna məruz qalır.

 

Nigeriya ordusunun “Boko Haram” qruplaşmasına qarşı əməliyyatlarının bu ayın sonunadək qələbə ilə nəticələnəcəyi bildirilir.UNİCEF qeyd edir ki, əməliyyatların uğurlu alınıb-alınmamasından asılı olmayaraq ölkə sosial problemlərə qarşı mübarizə aparmalıdır.

 

Qeyd edək ki, “Boko Haram” qruplaşması Nigeriyanın şimal-şərqində fəaliyyət göstərir.  Qərb təhsilini inkar edən qruplaşmanın məqsədi şəriət qaydaları əsasında idarə olunan dövlət qurmaqdır.

 


Tags:  Afrikada milyondan çox uşaq təhsildən məhrumdur

RƏYLƏR


Top news