Biləsuvarda ağır qəza: ölən və yaralanan var

Biləsuvarda ağır qəza: ölən və yaralanan var
12:54 22 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 18 radələrində Biləsuvar şəhərində rayon sakinləri Azər Dəmirovun idarə etdiyi “QAZ-3110” və Məftun Zülfüqarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Zülfüqarovun sərnişinləri -  Biləsuvar şəhər sakini Taleh Ağarəhimov və Bakı şəhər sakini Solmaz İsmayılova xəstəxanaya yerləşdirilib. T.Ağarəhimov dekabrın 21-də orada ölüb.

 

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR