Çiskin, duman, sulu qar...

Çiskin, duman, sulu qar...
12:54 22 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dekabrın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam buludluluğun artacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən gecə, səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcə isti, gündüz   9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 23-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən giləvar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR