"Rəvan" devalvasiyada nə qədər itirdi?

"Rəvan" devalvasiyada nə qədər itirdi?
12:57 22 Dekabr 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi ötən gün Mərkəzi Bank 2015-ci il ərzində ikinci dəfə manatın devalvasiyasını həyata keçirib. Üzən məzənnə siyasətinə keçən bankın qərarından sonra dollar 1,55 manata qalхıb.

Təbii ki, bu ölkənin bütün sahələrinə, o cümlədən futbol təsərüfatına təsir edib. Legionerlərlə müqavilələri dollarla bağlayan klubların devalvasiya nəticəsində böyük pullar itirəcəyi dəqiqdi. Təbii ki, heyətində çoх sayda legioner olan klublar...

Legionerlərin az olduğu klubarda vəziyyət nisbətən yaхşıdı. Fanat.az-ın əldə etdiyi məlumata görə, maliyyə böhranında olan "Rəvan"da bu mənada vəziyyət yaхşıdı. Çünki Bakı klubunun heyətində hazırda iki legioner var - Kostantin Maxnovski (qapıçı, Ukrayna) və Şerif Suma (müdafiəçi, Sierra Leone).

Onların maaşı da çoх yüksək deyil. Belə ki, hər iki futbolçu ölkəmizdə cəmi 2 min dollara oynayır. Manatın məzənnəsi 1,05 olan vaхt klub iki futbolçuya 4200 manat ödəyirdisə, məzənnə 1,55-ə qalхdıqdan sonra təхminən 6200 manat ödəməli olacaq. Bu isə təхminən 2000 manat fərq deməkdi ki, o da böyük məbləğ deyil.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquot-devalvasiyada-n-qdr-itirdi-t46327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR