Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ançelotti "Bavariya" rəhbərliyinin qarşısına şərt qoyub

Ançelotti "Bavariya" rəhbərliyinin qarşısına şərt qoyub

Date: 22 December 2015 13:03

Daha öncə Karlo Ançelottinin yeni mövsümdən etibarən "Bavariya"nı çalışdıracağı barədə xəbər vermişdik. Metbuat.az AS-a istinadən xəbər verir ki, italyan mütəxəssis Robert Levandovskini komandada saxlamaq niyyətindədir. Belə ki, danışıqlar zamanı Ançelotti polşalının "Bavariya"da qalması ilə bağlı klub rəhbərliyinin qarşısına şərt qoyub.

Levandovskinin müqaviləsində müəyyən satınalma məbləği qeyd olunub. Bu, o anlama gəlir ki, yayda oyunçunun müştəriləri olacaq.

Levanın "Bavariya" ilə olan müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub. O, Münhen klubunda ilinə 10 milyon avro qazanır. "Real" "Levandovskiyə illik 12 milyon, PSJ "Mançester Yunayted" isə 15 milyon avro təklif etməyə hazırdı.


Tags:  Karlo Ançelotti Bavariya Robert Levandovski

RƏYLƏR


Top news