Lökbatandakı restoranda atəş açanların adları məlum oldu

Lökbatandakı restoranda atəş açanların adları məlum oldu
13:08 22 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Lökbatandakı atışma ilə bağlı məlumat yayıb.

Trend DİN-in saytına istinadən məlumat verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetririb hadisə yerini tərk ediblər.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2472570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR