"Dərdi ürəyində getdi" - həmkarları Ələsgərdən danışır

"Dərdi ürəyində getdi" - həmkarları Ələsgərdən danışır
13:16 22 Dekabr 2015
184 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasiminə sənət dostları da qatılıb.

Əməkdar artist Sənubər İsgəndərli Axşam.az-a açıqlamasında aktyorla bağlı xatirələrini bölüşüb:

“Çiyin-çiyinə çalışdığım sənət dostum idi. Sənətdən düşən hər bir yarpaq bizi incidir. Onun dünyasını dəyişməsi tək sənət dostlarını yox, sevənlərini də incidib. Belə səssiz insan gedəndə adamı incidir. Dərdi ürəyində getdi. Bilmirdik ki dərdi, fikirləri nə idi. Necə səssiz yaşadısa, elə də dünyadan köçdü. Onun insani keyfiyyətlərini hamı təsdiqləyər. İşinə, insanlara qarşı diqqətcil idi. Adamı xırdalıqlarına qədər duyan idi. Allah rəhmət eləsin”.

Əməkdar artist Sabir Məmmədov Ə.Məmmədoğlunun yaddaşlardan heç vaxt silinməyəcəyini bildirib:

“Telefonla videoya çəkəndə, soruşdum ki, gənclərə nə deyə bilərsən? Cavab verdi ki,“Çalışın xəstələnməyin”. Amansız xəstəlik onu vaxtsız apardı. Hər yaş dövrünün öz obrazları var. O da öz dövrünün ən sevilən aktyoru idi. Çox sadəlövh insan idi. Yaratdığı obrazlar yaddaşlarda qalacaq. Onun çəkildiyi filmləri xaricdə də tanıyırlar. Çoxları bilmir ki, “Tehran 43” flmində iştirak edib. Orada Alen Delon, məşhur rus aktyorları da çəkilib".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR