Qoy, elə beləcə də çağırsınlar: Ələsgər

Qoy, elə beləcə də çağırsınlar: Ələsgər
13:16 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ələsgər öldü, Ələsgər.  “Qatarda” “Narsatan”ı,  150 qramlıq kitabın müəllifi olan “şair”i deyirəm. “Mehmanxana sahibəsi”nın nökərini, doğum evində intizarla gözləyən Ələsgəri.
 
Kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların böyük sənətkarı. Sanki görməzdən gəlirdi bizim rejissorlar. Bu adamın istedadını sona qədər açan olmadı. Sanki candərdi verirdilər ona epizodik rolları da. Amma o, şedevrlər yaradırdı. Adamın “Qərib cinlər diyarı”ndakı “Əsra”sı nəyə deyəsən dəyərdi. Sergey Filippov epizodik rollar oynaya-oynaya, İsmayıl Osmanlı epizodik roluna görə SSRİ xalq artisti adı aldı. Başqa bir epizodik rol nəhəngi Kramarov da eləcə. Məşhurluğu bütün ittifaqa yayılmışdı. Və mən sizə əminliklə deyirəm ki, Ələsgər Məmmədoğlu bu insanlardan geri qalan aktyor deyildi.
 
“Bəyin oğurlanması” çəkiləndə Vaqif Mustafayev ona deyib ki, gəl gedək Şamaxıya, səni də kinoya çəkəcəm. Ələsgər də soruşub ki, hansı rola? Bir şey fikirləşərəm deyib rejissor. Şamaxıdan ən koloritli obrazlardan birinin ustası kimi qayıdıb Ələsgər Məmmədoğlu.
 
Çox gözü tox adam idi. Dünəndən internetdə onunu müsahibələrinə baxıram. Bircə dəfə də, bir kimsədən belə şikayətlənmir. “Hələ də xəstəlik nədi bilmirəm. Amma o ki, xəstə olan vaxtı şikayətlənirlər, mənim ondan xoşum gəlmir. O saat nəsə pis-pis şeylər fikirləşirlər ki, bəs, “mənə baxmadılar, hörmət etmədilər və s.”. Mənə elə gəlir ki, əksər aktyorlarımıza hökumət tərəfindən çox yaxşı baxılır. Mən özüm haradasa üç il prezident mükafatı aldım. Təbii ki, sonra dəyişdi, başqasına verildi. Teatrda işləyirəm, maaşım var, təqaüd alıram. Niyə şikayətlənəsən…”.
 
Hə, bir də deyirdi ki, 190 manat yaş təqaüdümü alıram, 60 manat “əməkdar artist” fəxri adına görə verirlər, 350 manat da teatrdakı maaşımdır. 600 manata yaxın puldur, az deyil ki. Naşükür deyiləm.
 
Bircə incikliyi, unudulmağındaydı. Deyir, çağırmırlar bizi kinoya. Həm özünü deyirdi, həm də sənət yoldaşı Hacı İsmayılovu. Oynamaq, çəkilmək istəyirdi. Heç xalq artisti adını almaması da umurunda deyildi.
 
Bizim Çelentano, Şaban ola bilərdi. Amma onu Çelentano, Şaban eləyə biləcək nə bir rejissorumuz oldu, nə bir əsərimiz. Həmişə fəxrlə “Tehran 43”dən danışırdı. Səhv etmirəmsə Qulam Rza roluna çəkilmişdi. Amma kimlərlə. Ehhh, təkcə İqor Kostolevski, Natalya Beloxvostikova, Armen Djiqarxanyan bu tərəfdən, Alen Delon, Kurd Örqens, Klod Jad kimi dünya ulduzalrı bir tərəfdən.
 
Xaraktercə təvazökar, utancaq, həyalı adam idi. Hətta o qədər utancaq ki… hamının Ələsgər kimi tanıdığı sənətkarın əsil adı sən demə Əsgər imiş. Əsgər Məmmədoğlu… Və illər boyu heç kimin xətrinə dəymirmiş. Ki, qoy, elə beləcə də çağırsınlar – Ələsgər.

lent.az

Səbuhi Məmmədli

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Şou ulduzu sörfinqlə məşğul oldu - FOTO

29 Aprel 2017 21:32

Lionel Messinin "əkiz qardaşı" ortaya çıxdı

29 Aprel 2017 21:30

10 manata satılanı da var, 250 manata olanı da - VİDEO

29 Aprel 2017 21:27

Bu ərazi onların dəyişməz məkanına çevrilib - VİDEO

29 Aprel 2017 21:27

Xüsusi versiyalı Chevrolet Tahoe - FOTO

29 Aprel 2017 21:27

Bakıda ən çox ev hardan alınır? - VİDEO

29 Aprel 2017 21:22

Bakıda mağazadan oğurluq anı - KAMERA GÖRÜNTÜSÜ

29 Aprel 2017 21:22

Nizamsız yuxu ömrü qısaldır

29 Aprel 2017 21:22

Yay turizmi mövsümü başlayır - VİDEO

29 Aprel 2017 21:22

Arı sancmasından hər il 59 nəfər ölür - STATİSTİKA

29 Aprel 2017 21:18

Elməddin Cəfərov əməliyyat olunacaq

29 Aprel 2017 21:18

Hər kəs bu qurğudan danışır - VİDEO

29 Aprel 2017 21:17

“Artıq arvadınızı dostunuza verin” deyən axund AÇIQLAMA verdi - VİDEO

29 Aprel 2017 21:17

"Uber" gizli şəkildə iOS istifadəçilərini izləyib

29 Aprel 2017 21:17

Şadlıq sarayları taktikanı dəyişir:- VİDEO

29 Aprel 2017 21:17

Uzun yola çıxan sürücülər oxucun - VİDEO

29 Aprel 2017 21:17

Qoyun oğruları tutuldu

29 Aprel 2017 21:14

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR - VİDEO

29 Aprel 2017 21:12

Sarımsaq çayının faydaları və hazırlanması

29 Aprel 2017 21:12

2070-ci ildən məktub gəldi

29 Aprel 2017 21:12

Türkiyədə evlilik proqramları qadağan olundu

29 Aprel 2017 21:09

Formalı gözəllər - FOTO

29 Aprel 2017 21:05

Cəmi 5 günə arıqlayacaqsınız: QATIQ PƏHRİZİ

29 Aprel 2017 21:05

"Neftçi"nin legioneri: "Növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik"

29 Aprel 2017 21:02

Cocuq Mərcanlıda 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapıldı

29 Aprel 2017 20:58

Gəncədə qəza: 2 yaralı

29 Aprel 2017 20:57

Hamıdan seçiləcək qədər cəsarətli ol

29 Aprel 2017 20:57

Rüfət Aslanlı banklara göstəriş verdi: QHT-lərin problemi həll olundu

29 Aprel 2017 20:57

Bolqarıstan komandası: Bakıda qalib gəlməyimizə çox şadıq

29 Aprel 2017 20:55

Qadın həbsxanasında seksual cinayətlər – Şok faktlar - FOTO

29 Aprel 2017 20:52

Onlarla xəstəliyin müalicəsində istifadə edilən yağ

29 Aprel 2017 20:52

Emillə Aleksandrın Bakıda silsilə cinayətləri

29 Aprel 2017 20:52

İnşaat işləri zamanı generalın cəsədi aşkarlandı

29 Aprel 2017 20:49

“Əslində mən varlı xanımam...” - Əməkdar artist

29 Aprel 2017 20:47

İrfan nədir?

29 Aprel 2017 20:47

Tələbələr arasında ölkə çempionatının qalibləri müəyyənləşdi

29 Aprel 2017 20:44

“Qarabağ” azarkeşlərindən çox pis pankart - FOTO

29 Aprel 2017 20:42

Namazda qəlb hüzuru əldə etməyin yolları

29 Aprel 2017 20:42

Kişilərin ağlını başından alan MÜSƏLMAN GÖZƏLLƏRİ - FOTOLAR

29 Aprel 2017 20:38

“Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiniz”

29 Aprel 2017 20:37

Tariximizin qara günü 28 Aprel

29 Aprel 2017 20:37

Bütün Avropa yolçularımız bəlli oldu

29 Aprel 2017 20:37

“VAZ” və “Niva” toqquşdu, yaralananlar var

29 Aprel 2017 20:34

Oyuncaqlara bənzəyən uşaqlar - FOTO

29 Aprel 2017 20:32

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

29 Aprel 2017 20:32

“Real”dan qələbə, Kataloniyada derbi - YENİLƏNİR

29 Aprel 2017 20:32

Bakıda mağazadan oğurluq anı kamerada

29 Aprel 2017 20:31

ABŞ-da təcili yardım təyyarəsi qəzaya uğrayıb: 3 ölü

29 Aprel 2017 20:29

ABŞ Türkiyə sərhədini patrul etməyə başladı

29 Aprel 2017 20:29

2 hektarlıq köhnə avtomobil ərazisi satılır - FOTO

29 Aprel 2017 20:27