​"Kəpəz" klubu 7000 manat cərimələnib

​"Kəpəz" klubu 7000 manat cərimələnib
13:17 22 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Kəpəz" klubunu 7000 manat cərimələyib. "Report"un məlumatına görə, buna Azərbaycan Premyer Liqasının XVIII turunda Gəncədə "Neftçi"yə qarşı keçirilmiş oyunda baş verən hadisələr səbəb olub.
Maçtın 53-cü dəqiqəsində "Kəpəz"in futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra meydan sahiblərinin bir qrup fanatı "Neftçi" azarkeşlərinə daş atıb. Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat ziyana düşüb. Bundan başqa qonaqlar da cəriməyə məruz qalıb. 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Neftçi" 1000 manat ziyana düşüb. Üstəlik, 50-ci dəqiqədə bakılıların heyətində Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, klub isə 200 manat cərimə olunub.
Azarkeşlərə görə "Xəzər Lənkəran" da ziyana düşüb. "İnter"lə görüşün 42-ci dəqiqəsində cənublu azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu isə kluba 1000 manata başa gəlib.
"Sumqayıt" - "Rəvan" görüşündə baş verənlərə görə hər iki klub cərimələnib. "Rəvan" 4 futbolçusunun sarı vərəqə aldığı üçün 1000 manat, "Sumqayıt" isə matçın 73-cü dəqiqəsində futbolçusu Emin Mehtiyevin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 200 manat ödəyəcək. Meydandan qovulması futbolçunun bir oyunluq diskvalifiikasiyasına səbəb olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kepez-klubu-7000-manat-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR