Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sənubər İsgəndərli: "Ələsgərin kaprizləri çox idi"

Sənubər İsgəndərli: "Ələsgərin kaprizləri çox idi"

Date: 22 December 2015 13:22

Xəbər verdiyimiz kimi, əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vida mərasimində əməkdar artist Sənubər İsgəndərli də iştirak edib.

Aktrisa həmkarı ilə bağlı xoş xatirlərindən danışıb.

"Tıxsız balıq idi, heç kəslə işi olmayan biri idi. Başıaşağı, hamının hörmətini saxlayan şəxs olub. Mən teatra çox gec gəlmişəm. İlk anlardan hörmətimi saxlayırdı. Qastrollarımız olub. İnsanı yolda tanıyarlar. Onun kaprizləri çox idi. Özünə də deyirdim ki, sən heç böyümədin. Bu saflıq, uşaqlıq təmiz ürəkdən irəli gəlir. Allah rəhmət eləsin".

Milli.Az


Tags:  Sənubər İsgəndərli Ələsgərin kaprizləri çox idi


RƏYLƏR


Top news