Polis Bakıda 6000 ədədə yaxın partlayıcı oyuncaq aşkarladı

Polis Bakıda 6000 ədədə yaxın partlayıcı oyuncaq aşkarladı
13:23 22 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Bakıda külli miqdarda partlayıcı oyuncaq aşkar edib.

Trendin nazirliyin saytına istinadən verdiyi məlumata görə, idarə əməkdaşları tərəfindən paytaxtın Abşeron, Binəqədi, Yasamal və Nərimanov rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Ədil Sadıqlı, Şaiq Ağayev, Yusif Verdiyev, Seymur Ağayev, Təbriz Məmmədov və İradə Abbasovadan ümumilikdə 5771 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaq aşkar edilərək götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2472584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR