Göygöldə bədbəxt hadisə yaşanıb.
Rayonun Qızılqaya qəsəbəsində Gəncə şəhər sakini, 64 yaşlı Nadir İsmayılov idarə etdiyi sudaşıyan avtomobilə su doldurarkən maşının üzərindən yıxılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, sürücü hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Nadir İsmayılovun ürəyi tutub, bu səbəbdən də müvazinətini itirərək yıxılıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az