Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib

Date: 22 December 2015 13:37

"Report" xəbər verir ki, aktyorun evində keçirilən vida mərasimində Ələsgər Məmmədoğlunun sənət dostları, ailə üzvləri iştirak edib.
Ələsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Məmmədova bildirib ki, aktyor dekabrın 21-də saat 21:35-də vəfat edib: "Dünən axşam kitab oxuyurdu, qəfildən əlinin otağın pəncərəsinə dəydiyini gördüm. Tez otağa girdim. Xırıldayırdı. O, bir dəqiqənin içində vəfat etdi. Xəstəliyinin ağırlıq dərəcəsini özü bilmirdi. Ona heç nə deməmişdik. Həmişə deyirdi ki, 70 yaşına kimi heç yerim ağrımayıb. Bu xəstəlik hardan gəldi bilmirəm..."
Xatırladaq ki, əsl adı Əsgər olan aktyor 1946-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb.
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb.
"Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.
Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.
Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilib. Qan təzyiqi və öd kisəsində problem aşkarlanan aktyor bir müddət müalicə alıb.
O, dekabrın 21-də vəfat edib.

Tags:  Ələsgər Məmmədoğlu vida mərasimi keçirilib

RƏYLƏR


Top news